AZƏRBAYCANDA 8-Cİ „VİSLA” POLŞA FİLM FESTİVALI KEÇİRİLƏCƏK

Əziz tamaşaçılar,

tezliklə Azərbaycanda səkkizinci dəfə keçiriləcək Polşa Film Festivalında görüşəcəyik! Bakıya səfər bizim üçün xüsusi anlam daşıyır, çünki biz Polşa filmlərinin unikal seçimini Azərbaycan tamaşaçısı ilə bölüşə biləcəyik. Filmlər „Azərbaycan” Kinoteatrında Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə əməkdaşlıq çərçivəsində oktyabrın 10, 11, 12, 17, 25 və 31-i saat 19:00-da nümayiş olunacaq. Bu, Polşa kinosunun sirlərini araşdırmaq və onun unikal abu-havasını hiss etmək üçün əla fürsətdir.
Bu il Bakı sakinləri üçün Polşa kinematoqrafiyasının əsl incilərini hazırlamışıq. Bu əsərlər uzun müddət tamaşaçıların yaddaşında qalacaq və bunun sayəsində onlar polyak kino yaradıcılarının niyə bütün dünyada tanındığını görəcəklər.
İlk təqdim ediləcək film Maçey Kavalskinin “Təhlükəli centlmenlər” filmi olacaq – bu, kriminal və komediyanın yumoristik qarışığı 1914-cü ildə Zakopanedə baş verir. Qanqsterlər, incəsənət xadimləri, siyasətçilər və müəmmalı cəsəd – heç şübhəsiz bu film zalda toplanmış insanları əyləndirəcək. Artıq növbəti gün Azərbaycan tamaşaçıları Yejı Skolimovskinin “İA” filmini, qeyri-adi heyvanın gözü ilə görünən dünya haqqında qeyri-adi hekayəni izləyəcəklər. Bu Avropa səyahəti bizə insanları, onların müsbət və mənfi cəhətlərini, istəklərini, problem və arzularını göstərəcək. Üçüncü gün Yakub Skoçenin “Vəftiz”-ni və 1981-ci ilin dekabr ayında hərbi vəziyyətdə olan Polşanı göstərəcəyik. Gülməli və təsirli anlarla dolu hekayə çətin zamanlarda ümid və barışığı tapmağa çalışan ailə haqqındadır.
Bizim repertuarda həmçinin Lex Mayevskinin „Ecazkar Bricit Bordo” filmi də yer alıb. Film baş qəhrəmanın uşaqlıq dünyası və kino xəyalları haqqında maraqlı hekayədir. Bu film sevgi, həsrət və həmçinin özünüaxtarma haqqındadır. Növbəti seçdiyimiz film Anna Yadovskanın “Damdakı qadın” filmdir. Baş qəhrəman Mirka, banka hücum edir və bundan sonra onun ailəsində bir sıra dramatik hadisələr baş verir. Bu ilki “Visla”-nın çərçivəsində Azərbaycan tamaşaçısına təqdim edəcəyimiz son film rejissor Yan Holoubekin “Günahsız 25 il” olacaq. Bu film real hadisələr əsasında çəkilib və 20 ilə yaxın günahsız yerə həbs edilmiş Tomaş Komendanın təsirli hekayəsini göstərir.

Biz Bakı sakinləri ilə görüşməyi və polyak film dünyasından birlikdə həzz almağı səbirsizliklə gözləyirik. “Visla” Festivalı dünyanın onlarla şəhərində keçirilən polyak kinematoqrafiyasının ən böyük festivalıdır. Festivalın əsas niyyəti mədəniyyətlərarası dialoqu yaratmaq və onu gücləndirmək, eləcə də kino yaradıcıları və xadimləri arasında beynəlxalq əməkdaşlığının inkişafına töhfə verməkdir. Məqsədimiz yerli tamaşaçıları müasir polyak kinosu ilə tanış etmək, eləcə də polyak kinosunu xarici kino sənayesinin nümayəndələri arasında populyarlaşdırmaqdır. Yaxın aylar ərzində biz növbəti kinosevərləri ziyarət edəcəyik – Azərbaycandan biz Makedoniya, Türkiyə, Rumıniya və Sloveniyaya gedəcəyik. Bizim internet səhifəmizi www.festiwalwisla.pl, eləcə də sosial media hesablarımızı izləməyə dəvət edirik: Facebook profili (Polish Film Festival "Vistula"/ Festiwal "Wisła") və ya İnstaqram (vistula_festival), burada bütün tədbirlərimiz haqqında aktual məlumatı tapa bilərsiniz. Festivalda görüşənədək!

wisła

FESTİVALIN DİREKTORU

Malqojata Şlaqovska
malgorzata@ear.com.pl

LAYİHƏ MENECERİ

Izabela Qerçak
iza@ear.com.pl

ORGANIZATOR
Fundacja Nowa Przestrzeń
Warszawa
+48 22 523 41 18

BAŞQA DÖVLƏTLƏR

www.festiwalwisla.pl