Azərbaycan xəbər bülleteni

"Visla" Polşa Film Festivalı Azərbaycanda artıq yeddinci dəfə keçiriləcək! Biz, 18-19 avqust tarixlərində Bakının “Saalam” kinoteatrında çıxış edəcəyik. Çıxışlarımız “Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı” çərçivəsində baş tutacaq.

Biz inanırıq ki, yeddi rəqəmi bizə uğur gətirəcək və hazırladığımız proqram Azərbaycan tamaşaçılarının zövqünü oxşayacaq. Biz builki buraxılış çərçivəsində sənədli filmlər nümayiş etdirəcəyik və əminik ki, mövzuların müxtəlifliyi sayəsində hər kəs özünə aid olanını tapacaq.

Təqdim edəcəyimiz filmlər arasında, ailəsi ilə birlikdə Ukraynadan Polşaya gələn, on yaşlı fiqurlu konkisürən Yuliyanın hekayəsindən bəhs edən Eva Koxanovskanın „Məcburi Sürüş” filmi nümayış olunacaq. Balaca qız Polşa Çempionatında iştirak etmək üçün mübarizə aparır, lakin anasının gözləntilərinin öhdəsindən gəlmək daha çətindir. Eyni zamanda, Karol Palkanın rejissor olduğu “Bukolika” da maraqlı əsər – dünyanın o biri ucunda, təbiətin qanunlarına uyğun şəkildə, hamıdan fərqli tərzdə yaşayan ana və qızı haqqında hekayədir. Öz növbəsində, Karolina Bielavskanın "Mənə Marianna de" bədii-sənədli filmi transseksual Mariannanın taleyini, qadına çevrilmə yolunda onun qohumları tərəfindən rədd edilmə, qəbul edilməmə kimi maneələri dəf etməsini təqdim edir. Eləcə də, Aleksander Şamalekin Janna d`Ark filmini də təqdim edəcəyik və tamaşaçılarımızı filmin baş qəhrəmanı Anetanın yaşadığı Fransaya aparacağıq. Görəsən, o, öz xoşbəxtliyini orada tapıbmı? Bu barədə məlumat əldə etmək üçün ingilis və Azərbaycan dillərində altyazılarla nümayiş etdirəcəyimiz festival filmlərini izləməyi tövsiyə edirik. Məmnuniyyətlə bildirmək istərdik ki, "Mənə Marianna de" filmi rejissor Karolina Bielavska və Janna d`Ark filmi rejissor Aleksander Şamalek tərəfindən təqdim olunacaq.

“Visla” Bakıya gələndən sonra hara axıb gedəcək? Yaxşı film həvəskarları ilə Bolqarıstan, Serbiya və Özbəkistan kinoteatrlarında görüşəcəyik. Eləcə də, Azərbaycanın özü ilə ayrılığımız uzun çəkməyəcək, çünki sentyabrda yenidən ziyarətə gələcəyik və bu hələ son deyil! Sizi www.festiwalwisla.pl veb saytımızı, eləcə də sosial media hesablarımızı izləməyə dəvət edirik: Facebook profili ("Visla" Polşa Film Festivalı / Festival "Wisła") və Instagram (visla_festival/vistula_festival) – burada bütün aktual tədbirlərimiz haqqında məlumatı paylaşırıq. Kinoteatrlarda görüşənədək!

wisła

FESTİVALIN DİREKTORU

Malqojata Şlaqovska-Skulska
malgorzata@ear.com.pl

LAYİHƏ MENECERİ

Anastazja Moşkovska
festiwal@ear.com.pl

PROQRAM KOORDİNATORU

Roksana Petruçanis
roksana@ear.com.pl

BAŞQA DÖVLƏTLƏR

www.festiwalwisla.pl