Festivalımızın adının mənası nədir? “Visla” polyak çaylarının kraliçasıdır!

Polşanın ən uzun çayı olan Visla ölkənin cənubundan, dağlardan axmağa başlayır. Onun mənbələri: Byala Viselka (Kiçik Ağ Visla) və Çarna Viselka (Kiçik Qara Visla) Sileziya Beskidlərində olan Baranya Qurja dağında (dəniz səviyyəsindən 1107 m yüksək), Visla şəhərinin yaxınlığında yerləşir. Gözəgörünməz mənbələr böyük çaya çevrilərək 75 şəhərin, bunların arasında eləcə də Polşanın ən böyük şəhərləri olan Krakov, Varşava, Torun, Plotsk, Bıdqoşç və Qdanskın içi ilə axır. Uzunluğu 1000 km-dan artıq olan çay Polşanın şimalında Baltik Dənizinə tökülür.

Visla Avropanın axırıncı „vəhşi” çaylarından biridir, həmçinin bir çox balıq və quş növlərinin məskunlaşdığı yerdir. Bu və başqa səbəblərdən dolayı Visla polyaklığın simvolu və milli kimliyinə çevrilib. Məhz onun ətrafında yüz illərlə şəhərlər qurulurdu, torpaq becərilirdi. Visla eləcə də daşınma funksiyasını yerinə yetirirdi. Flisaklar, yəni kəndlilər, mallarını çayın axını ilə nəql edirdilər və bu onlar üçün əlavə, qısa müddətli, sezonluq iş idi. İllər keçdikcə flisaklar şəxsi adət-ənənə və lüğət yaratdılar.

Visla, kanal və çayların sayəsində Odra, Nemen və Dnepr ilə bağlıdır. 2008-ci ildən Varşavada „Visla Bayramı” – su üzərində olan bütün aktivlik formalarını təbliğ edən su şənliyi, təşkil edilir. Artıq neçə illərdi ki, ilbəil Visla üzərində - Pjemşanın mənsəbindən Qdansk şəhərinədək, Kral Flis keçirilir. İctimai komitənin təşəbbüsü ilə Polşa Respublikasının Seymi 2017-ci ili həmçinin Visla Çayının ili elan etmişdi.



wisła

FESTİVALIN DİREKTORU

Malqojata Şlaqovska-Skulska
malgorzata@ear.com.pl

LAYİHƏ MENECERİ

Anastazja Moşkovska
festiwal@ear.com.pl

PROQRAM KOORDİNATORU

Roksana Petruçanis
roksana@ear.com.pl

BAŞQA DÖVLƏTLƏR

www.festiwalwisla.pl