BALKONDAN FİLM

Janr: Sənədli film
Rejissor: Pavel Lojinski
Ssenari: Pavel Lojinski
Musiqi: Yan Duşınski
Operator: Pavel Lojinski
Montaj: Pavel Lojinski, Piasek & Vujçik
Prodüserlər: Aqneşka Mankieviç, Pavel Lojinski, Izabela Lopux
İstehsalçı: Lojinski Production, HBO Max
İl: 2021
Sürəkliliyi: 100 dəqiqə

Mükafatlar:
2021 Locarno (Beynəlxalq Film Festivalı) –Semaine de la critique bölməsində Grand Prix
2021 Varşava (Docs Against Gravity Film Festivalı) – Jüri tərəfindən fərqləndirmə
2021 Varşava (Docs Against Gravity Film Festivalı) – Studiya Kino Teatrları Assosiasiyasının tərəfindən fərqləndirmə
2021 Varşava (Docs Against Gravity Film Festivalı) – Tamaşaçı Mükafatı
2021 Poznan („Off Cinema” Beynəlxalq Film Festivalı) – “Qızıl Qala”
2021 Lipsk (Beynəlxalq Sənədli və Animasiya Filmlər Festivalı) – MDR Alman Televiziyası tərəfindən Mükafat
2021 Lodz (Mediya Festivalı “Təhlükədə olan insan”) – Grand Prix „Ağ Kobra”
2022 Biarritz (FIPADOC Beynəlxalq Sənədli Film Festivalı) – Grand Prix
2022 Triest (Trieste Film Festivalı) – Xüsusi Fərqləndirmə və Tamaşaçı Mükafatı
2022 Missoula, Montana (Big Sky Sənədli Film Festivalı) – Artistic Vision Award
2022 Zaqreb ("ZagrebDox " Beynəlxalq Sənədli Filmlər Festivalı)-Fərqləndirmə
2022 San Paulo - Rio de Janeyro (MFF Dokumental "It`s All True")-Beynəlxalq Müsabiqədə ən yaxşı sənədli film üçün Mükafat
2022 Vjeşnia ("Prowincjonalia" Polşanın Milli Film Sənəti Festivalı )-"Jańcio Wodnik" ən yaxşı tammetrajlı sənədli filmə görə
2022 Mogilno ("Pyszadło" Polşanın Milli Satirik Filmlər Festivalı )-Ən yaxşı sənədli filmə görə Mükafat

Hər kəs filmin qəhrəmanı ola bilərmi? Dünyanı bir kadrda sığdırmaq olarmı? Rejissor Pavel Lojinski öz balkonundan insanlara nəzər salır. Buradan gülərüz, kədərli, fikirli insanlar, telefonundan ayrılmayanlar, cavanlar və yaşlılar keçir. Rayonun sakinləri ya da təsadüfi qonaqlar – hamısı sadə insanlardır. Müəllif onları dayandırır, danışdırır, həyatları ilə maraqlanır.
Rejissor balkonunda kamera ilə iki ildən artıq dayanaraq, oranı müzakirə, etiraf etmə məkanına çevirdi – burada hər kəs ayaq saxlayaraq özü haqqında başqa insanlara danışa bilər. Qəhrəmanlar tapmacalar və sirlərlə doludurlar, onları asanlıqla anlamaq olmur. Hər bir insanın hekayəsi unikaldır, həyatlarını isə təsəvvür etmək mümkün deyil. „Balkon Filmi” kino tarixinin başlanğıcına radikal dönüşdür, çünki burada insanlar kameraya gəlir. Bəlkə də daha çox insan görmək üçün balkonda daha çox qalmaq kifayətdir...

balkon
balkon
balkon
balkon
balkon
balkon
balkon
balkon
balkon
balkon



wisła

FESTİVALIN DİREKTORU

Malqojata Şlaqovska-Skulska
malgorzata@ear.com.pl

LAYİHƏ MENECERİ

Anastazja Moşkovska
festiwal@ear.com.pl

PROQRAM KOORDİNATORU

Roksana Petruçanis
roksana@ear.com.pl

BAŞQA DÖVLƏTLƏR

www.festiwalwisla.pl